...

Azərbaycan İtaliyada turizm sərgisində iştirak edəcək

İqtisadiyyat Materials 20 Fevral 2025 10:06 (UTC +04:00)
Azərbaycan İtaliyada turizm sərgisində iştirak edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İtaliya Respublikasının Florensiya şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində (“TourismA”) iştirak edəcək.

Trend-in əldə etdiyi məlumata görə, sərgi 21-23 fevral tarixlərində baş tutacaq.

Belə ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi müvafiq işləri yekunlaşdırıb.

Agentlik sözügedən sərgidə təşkilati xidmətlərin yerinə yetirilməsi ilə bağlı “TourismA” şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 15 066 manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti