Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bir sıra kəndlərində avtomobil yollarının işıqlandırılması yaxşılaşdırılacaq.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyəti (RİH) müvafiq işlərə start verib.
Belə ki, görüləcək işlər çərçivəsində rayonun bir qəsəbəsi və on yeddi kəndinin avtomobil yolları işıqlandırılacaq.
Artıq qeyd olunan işlərlə bağlı layihə smeta sənədlərinin hazırlanmasına başlanılıb.
RİH sözügedən işlərin icrasının 140 min manata başa gələcəyini proqnozlaşdırıb.