...

Ötən ay nəqliyyat sektoruna verilən biznes kreditlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 Fevral 2025 14:29 (UTC +04:00)
Ötən ay nəqliyyat sektoruna verilən biznes kreditlərinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş kreditlərin həcmi 1,47 milyard manat olub.

Trend-in bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici, ötən ilin sonu ilə müqayisədə 12 milyon manat və ya 0,8% çoxdur. Belə ki, 2024-cü ilin sonuna Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş kreditlərin həcmi 1,46 milyard manat təşkil edib.

Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 27,5 milyard manat olub. Kredit portfelinin 14,7 milyard manatı biznes kreditlərinin, 8,5 milyard manatı istehlak kreditlərinin, 4,2 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti