...

Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar platforması təkmilləşdiriləcək

İqtisadiyyat Materials 27 Fevral 2025 16:04 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar platforması təkmilləşdiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar platforması (CEDAR) üzrə təkmilləşdirilmə xidmətləri icra ediləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Milli Depozit Mərkəzi (MDM) müvafiq işlərə start verib.

MDM sözügedən işlərin icrasını “Montran SRL” şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 198 min manat ödənilib.

Qeyd edək ki, 2023-cü ilin martın 31-də Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və “Montran” şirkəti tərəfindən yaradılan Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar Platforması (CEDAR) və Ticarət Sistemi (BETP) istifadəyə verilib.

Bu sistemlər qiymətli kağızlarla həyata keçirilən biznes proseslərini səmərəli şəkildə idarə etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti