Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb

İqtisadiyyat Materials 8 Mart 2025 10:22 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,89 ABŞ dolları və ya 2,62% artaraq 73,85 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,87 dollar və ya 2,64% bahalaşaraq 72,58 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,8 dollar və ya 3,27% artaraq 56,74 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,76 dollar və ya 2,5% bahalaşaraq 72,07 dollar/barel təşkil edib.

Martın 7-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti