Bakı. Trend:
Azərbaycanın bütün iqtisadi rayonlarında Maliyyə Əlçatanlığı Forumunu təşkil etməyi planlaşdırırıq.
Trend xəbər verir ki, bunu "Caspian Energy Club"ın sədri və Baş İcraçı direktoru Telman Əliyev bu gün Bakıda keçirilən 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda deyib.
O, əvvəlcə təmsil etdiyi qurum haqqında məlumat verib və daha sonra hazırda dünyanın 50 ölkəsində 5 mindən artıq şirkət və təşkilatı birləşdirdiklərini diqqətə çatdırıb: "Azərbaycanda 700 abunə haqqı ödəyən üzvümüz var. Demək olar ki, Azərbaycanın bütün regionlarından şirkətləri birləşdiririk.
Təəsüflər olsun hələ ki, Azərbaycanın heç bir assosiasiyası beynəlxalq arenalarda təmsil olunmayıb. Biz ilk dəfə olaraq bu missiyanı öz üzərimizə götürmək istəyirik".