Bakı. Trend:
Maliyyə əlçatanlığının genişləndirilməsi inkluziv iqtisadiyyat artımını təşkil etməyə dəstək olacaq. Forumda müzakirə olunan məsələlər məhz bu istiqamətdə inkişafa mühüm töhfə verəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev bu gün Bakıda keçirilən 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda deyib.
O bildirib ki, Forumda müzakirə olunan məsələlər məhz bu istiqamətdə inkişafa mühüm töhfə verəcək: "Kredit və kapitala çıxışının yaradılması, eyni zamanada səmərəli ödəniş xidmətləri sisteminin qurulması kiçik biznesin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın təşviqinə imkanlar yaradır. Eyni zamanda sığorta xidmətlərinə çıxış gözlənilməz risklər və maliyyə şoklarına qarşı qoruma mexanizmi kimi çıxış edir və fərdlərin iqtisadi təhlükəsizliyini artırır".