Bakı. Trend:
Azərbaycanda investorlar tərəfindən idarə olunan aktivlərin dəyəri 35,6 milyon ABŞ dolları səviyyəsindədir.
Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov bu gün Bakıda keçirilən 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda deyib.
"Bu il biz bu rəqəmi 50 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırırıq", - o bildirib.
Onun sözlərinə görə, startaplar üçün maliyyə əlçatanlığı ölkəmizdə nisbətən yeni istiqamətdir.
"Hazırda ölkə üzrə ekosistemdə təxminən 230-dan çox stratap mövcuddur ki, onların da 50-si investisiya edilmək mərhələsinə çatmışdır.
İRİA-nın dəstəyi ilə formalaşdırılan "Caucasus Ventures" Fondunun idarə edilən aktivləri hazırda 6,6 milyon ABŞ dolları təşkil edir. Ötən il bu fond tərəfindən 25 startapa yatırım edilmişdir. İnvestisiyaların ümumi məbləği təqribən 1,5 milyon ABŞ dolları təşkil edir".