...

ASCO donanmasının ölkə xaricində genişləndirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının prioritetlərinə daxildir

İqtisadiyyat Materials 12 Mart 2025 11:29 (UTC +04:00)
ASCO donanmasının ölkə xaricində  genişləndirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının prioritetlərinə daxildir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) donanmasının ölkə xaricində genişləndirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının prioritetlərinə (AYİB) daxildir.

Trend xəbər verir ki, bunu AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze Bakıda keçirilən I Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.

"Bu yaxınlarda bizim direktorlar şurası Azərbaycan üçün yaxın beş ili əhatə edən yeni strategiyanı təsdiqləyib. Əsas prioritetlər arasında rəqabətədavamlılığın və yerli biznesin korporativ idarəetməsinin gücləndirilməsi yolu ilə iqtisadi şaxələndirməyə dəstək, yerli maliyyə bazarları hesabına maliyyə dayanıqlığının inkişafı, “yaşıl” iqtisadiyyata keçidə vasitəçilik, həmçinin regional rabitəliliyin yaxşılaşdırılması yer alır. Biz irimiqyaslı investsiyalar yolu ilə - günəş və külək enerjisindən tutmuş, ASCO-nun ölkə xaricində donanmasının genişləndiirlməsinə qədər - bu məqsədləri həyata keçiririk. Lakin bizim Azərbaycandakı əsas vəzifəmiz hər zaman dəyişməz olaraq qalıb – söhbət özəl sektorun dəsətklənməsindən gedir", -deyə o bildirib.

Mouravidze həmçinin qeyd edib ki, bank yerli biznesə birbaşa maliyyə dəstəyi göstərsə də, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün əsas alət – Azərbaycan bankları ilə əməkdaşlıqdır.

“Yaxın illərdə bizim prioritet istiqamətlərimiz kiçik və orta biznesdə rəqabətədavamlılığın artırılması, “yaşıl” maliyyələşmə sahəsindəki təşəbbüslərin genişləndirilməsi , qadınların biznesdə dəsətklənməsi, o cümlədən ölkədə gənclərin məşğulluq imkanlarının genişləndirilməsi olacaq”, - deyə o bankın nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti