...

Azərbaycanda inflyasiyanı artıra biləcək risk faktorları açıqlanıb

İqtisadiyyat Materials 12 Mart 2025 11:26 (UTC +04:00)
Azərbaycanda inflyasiyanı artıra biləcək risk faktorları açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda inflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.

“Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir.

Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır”, - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti