...

Azərbaycan Rusiyadan elektrik enerjisi idxalını azaldıb

İqtisadiyyat Materials 12 Mart 2025 17:18 (UTC +04:00)
Azərbaycan Rusiyadan elektrik enerjisi idxalını azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Rusiyadan 7,9 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 210 min ABŞ dolları olub.

Rusiyadan elektrik enerjisi idxalı 2024-cü ilin yanvar ayı ilə müqayisədə həcm ifadəsi ilə 748 min kVt/saat, dəyər ifadəsi ilə 44 min ABŞ dolları, yaxud da 17,3% azalıb.

Ötən ilin birinci ayında Rusiyadan Azərbaycana 8,6 milyon kVt/saat həcmində, 254 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.

Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycana 10,7 milyon kVt/saat elektrik enerjisi idxal edilib. Bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 290 min ABŞ dolları olub. Elektrik enerjisi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 2,1 milyon kVt/saat və ya 24%, dəyər ifadəsi ilə 36 min ABŞ dolları, yaxud da 14,2% artıb. Belə ki, ötən ilin ilk ayında Azərbaycana idxal edilən elektrik enerjisinin həcmi 8,6 milyon kVt/saat, dəyəri isə 254 min ABŞ dolları təşkil edib.

Onu da bildirək ki, bu ilin yanvar ayında Azərbaycana Rusiyadan, Gürcüstandan və İrandan elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti