...

AZAL Səmərqəndə uçuşları bərpa edir: biletlər artıq satışdadır

İqtisadiyyat Materials 14 Mart 2025 11:00 (UTC +04:00)
AZAL Səmərqəndə uçuşları bərpa edir: biletlər artıq satışdadır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir. Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

AZAL ilə Səmərqəndə səyahətə yollanaraq bu möhtəşəm şəhərin qədim ab-havasını kəşf edin!

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti