...

Azərbaycanda aqrar sektor 2,1% böyüyüb

İqtisadiyyat Materials 17 Mart 2025 15:10 (UTC +04:00)
Azərbaycanda aqrar sektor 2,1% böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında diri çəkidə 91,2 min ton ət, 322,7 min ton süd, 374,5 milyon ədəd yumurta və 47,7 min ton tərəvəz istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə tərəvəz istehsalı 16,2 faiz, ət istehsalı 2,4 faiz, yumurta istehsalı 1,8 faiz artıb, süd istehsalı isə 0,5 faiz azalıb.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 14,0 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti