...

Özəl sektorun idxalda payı 10%-ə yaxın artıb

İqtisadiyyat Materials 19 Mart 2025 17:29 (UTC +04:00)
Özəl sektorun idxalda payı 10%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana məhsul idxalının həcmi 4,1 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, özəl sektorun idxalda payı 2 milyard ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 178 milyon ABŞ dolları, yaxud da 9,6% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-fevral ayında Azərbaycana 2,4 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bunun da özəl sektora düşən payı 1,8 milyard ABŞ dolları olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın payına düşüb ki, bu da, illik müqayisədə 13 milyon dollar və ya 0,3% azdır. Bu dövrdə idxal isə 1,7 milyard dollar, yaxud da 69,2% artıb.

Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti