Bakı. Trend:
Azərbaycan ABŞ-nin ən iri neft şirkətlərindən olan “ExxonMobil” ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” korporasiyasının vitse-prezidenti Con Ardillə görüşüblər.
Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
Görüşdə “ExxonMobil” korporasiyası ilə enerji sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunub, işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib.