...

Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ötən il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 22 Mart 2025 18:00 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ötən il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 17,83 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Hesabat ilində Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Beynəlxalq Maliyyə Korporasiyasından yatırılan investisiyaların payı 0,3% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti