...

Azərbaycan nəqliyyat vasitələri və onların hissələrinin idxalına xərcini 8%-ə yaxın artırıb

İqtisadiyyat Materials 24 Mart 2025 12:35 (UTC +04:00)
Azərbaycan nəqliyyat vasitələri və onların hissələrinin idxalına xərcini 8%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 353,8 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,9 milyon ABŞ dolları və ya 7,9% çoxdur.

Belə ki, ötən ilin ilk iki ayında ölkəyə 327,9 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilmişdi.

Hesabat dövründə sözügedən vasitələrin idxalı ölkənin ümumi idxalında 8,55% paya malik olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti