...

Azərbaycan Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfə artırıb

İqtisadiyyat Materials 27 Mart 2025 07:00 (UTC +04:00)
Azərbaycan Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfə artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Özbəkistan iqtisadiyyatına 93,1 milyon ABŞ dolları sərmayə qoyub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 69,9 milyon ABŞ dolları və ya 4 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Özbəkistana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,3% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 23,2 milyon ABŞ dollarına bərabər olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Qeyd edək ki, ötən il Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 953 min ABŞ dolları və ya 26% artıb. Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Özbəkistanın payı 0,9% təşkil edib.

Həmçinin, ötən il Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,96 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 937 min ABŞ dolları və ya 7,9% azalma deməkdir. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Özbəkistanın payı 1% təşkil edib.

2023-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 11,9 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti