...

Özəl sektor “Orta Dəhliz”in səmərəliliyini artıraraq Azərbaycanın "yaşıl gündəliy"ini dəstəkləyə bilər – Asiya İnkişaf Bankı

İqtisadiyyat Materials 9 Aprel 2025 11:09 (UTC +04:00)
Özəl sektor “Orta Dəhliz”in səmərəliliyini artıraraq Azərbaycanın "yaşıl gündəliy"ini dəstəkləyə bilər – Asiya İnkişaf Bankı
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ticarət və rəqəmsal texnologiyalarda özəl sektorun iştirakı “Orta Dəhliz”in səmərəliliyini artıraraq Azərbaycanın "yaşıl gündəliy"ini dəstəkləyə bilər.

Trend bu barədə Asiya İnkişaf Bankına (AİB) istinadən məlumat verir.

Məlumata görə, Azərbaycanın strateji nəqliyyat qovşağı kimi mövqeyi özəl sektor üçün imkanlar yaradır.

AİB qeyd edib ki, özəl sektorun genişlənməsi üçün bir sıra siyasət çağırışları mövcuddur:

“Dövlət müəssisələrinin islahatı, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, insan kapitalına sərmayə və yaşıl infrastruktura investisiyalar vacibdir. Dövlət müəssisələri, xüsusilə enerji sektorunda böyük rol oynayır və bu, özəl sektorun inkişafına mane olur.

Dövlət müəssisələrinin korporatlaşdırılması, maliyyə imkanlarına suveren zəmanətsiz çıxışı və ESG (ekoloji, sosial və idarəetmə) standartlarının tətbiqi onların rəqabət qabiliyyətini və dayanıqlılığını artıracaq. Özəl firmalara dəstək üçün maliyyə institutlarının innovativ maliyyə alətləri təqdim etməsi və innovasiya ekosistemlərinin yaradılması vacibdir”.

AİB ekspertləri vurğulayır ki, dövlət-özəl tərəfdaşlıq layihələri özəl sektorun iştirakını artırmaq üçün alət ola bilər. 2022-ci ildə qəbul olunmuş yeni dövlət-özəl tərəfdaşlıq qanunu hələ ilkin mərhələdə olsa da, potensial layihələrin müəyyənləşdirilməsi və maliyyə strukturlarının inkişafı ilə bu sahəni inkişaf etdirmək olar.

"Qadın məşğulluğu və sahibkarlığının artırılması da özəl sektora dəstək verə bilər. Qadınlar kənd təsərrüfatında böyük rol oynasalar da, yalnız 24%-i sahibkarlıqla məşğuldur. Bu sahədə gender bərabərliyinin təşviqi və qadınlara resurs və təlim imkanlarının verilməsi iqtisadi artıma töhfə verə bilər”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti