Bakı. Trend:
Bu ilin birinci rübündə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan və əsasən, Azərbaycana fokuslanan “Anglo Asian Mining” şirkəti ümumilikdə 8,085 unsiya qızıl ekvivalentində məhsul istehsal edib.
Bu barədə Trend şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,537 unsiya qızıl ekvivalentində məhsul və ya 3,2 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə şirkət ümumilikdə 2,548 unsiya qızıl ekvivalentində məhsul istehsal etmişdi.
Məlumata görə, ötən il istehsalda azalmanın səbəbi istehsalın qismən dayandırılması olub.