...

Növbəti beş il ərzində azad olunmuş ərazilərə sərf olunacaq vəsaitin məbləği AÇIQLANIB

İqtisadiyyat Materials 15 Aprel 2025 18:05 (UTC +04:00)
Növbəti beş il ərzində azad olunmuş ərazilərə sərf olunacaq vəsaitin məbləği AÇIQLANIB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.

"2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub. Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 10 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilmiş, onların sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən müvafiq vəsait yönəldilib", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti