Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiyaya giriş nöqtəsi kimi çox önəmli tərəfdaşımızdır.
Trend xəbər verir ki, bu sözləri Sloveniyanın Beynəlxalqlaşmanın Təşviqi Sektorunun katibi xanım Tanya Drobinç bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.
"Bu baxımdan, ölkələrimiz arasında əməkdaşlıq indiki şəraitdə çox önəmlidir.
Sloveniya xarici şirkətlər üçün keyfiyyətli infrastruktur imkanlarına malikdir. Bizim güclü və sabit iqtisadiyyatımız var.
Azərbaycan bazarına daxil olmaq və əməkdaşlığı genişləndirmək üçün bu forum Sloveniya şirkətləri üçün çox gözəl fürsətlər yaradır", - o bildirib.