Bakı. Trend:
İndiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
TrendDövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 369 min manat olub.
"MR-də ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 1 aprel 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20.192, aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6.005 təşkil edib.