Bakı. Trend:
Ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İranın Azərbaycana qeyri-neft məhsul ixracı öncəki illə (21 mart 2023 -19 mart 2024) müqayisədə dəyər baxımından 9%, çəki baxımından 10,6% artıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, öncəki İran ilində İranın Azərbaycana qeyri-neft məhsul ixracı öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə dəyər baxımından 4,6% azalıb, çəki baxımından 1,4% artıb.
Statistikada əlavə olunur ki, ötən İran ilində İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 681 milyon dollar dəyərində təxminən 859 min ton təşkil edib.
Statistikada qeyd olunur ki, öncəki İran ilində İranın Azərbaycana qeyri-neft məhsul ixracı 624 milyon dollar dəyərində 776 min ton təşkil edib.
Statistikada deyilir ki, İran Azərbaycana, əsasən, kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.
Statistikada qeyd olunur ki, ötən İran ilində İran və Azərbaycan arasında qeyri-neft ticarət dövriyyəsi 712 milyon dollar dəyərində təxminən 872 min ton təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi öncəki illə müqayisədə dəyər baxımından 6%, çəki baxımından 9,4 artıb.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində İran 57,8 milyard dollar dəyərində təxminən 152 milyon ton qeyri-neft məhsulları ixrac edib. Qeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 15,6%, çəki baxımından 10% artıb.