Bakı. Trend:
Ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İranın Azərbaycandan məhsul idxalı öncəki illə (21 mart 2023 -19 mart 2024) müqayisədə dəyər baxımından 33,7%, çəki baxımından 37,1% azalıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, ötən İran ilində İranın Azərbaycandan məhsul idxalı 31,3 milyon dollar dəyərində 12,8 min ton təşkil edib.
Statistikada bildirilir ki, öncəki ildə İranın Azərbaycandan məhsul idxalı 47,2 milyon dollar dəyərində təxminən 20,4 min ton təşkil edib.
Statistikada deyilir olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Statistikada qeyd olunur ki, ötən İran ilində İran və Azərbaycan arasında qeyri-neft ticarət dövriyyəsi 712 milyon dollar dəyərində təxminən 872 min ton təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi öncəki illə müqayisədə dəyər baxımından 6%, çəki baxımından 9,4 artıb.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, ötən İran ilində 72,3 milyard dollar dəyərində 39,3 milyon ton məhsul idxal olunub. Məhsul idxalı öncəki illə müqayisədə dəyər baxımından 7,22% artıb, çəki baxımından 1% azalıb.
Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların ölkəyə idxalına müəyyən məhdudiyyətlər tətbiq edir.