Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliyin 2027-ci ilə qədər sabit qalacağını gözləyir.
Trend xəbər verir ki, yenilənmiş "World Economic Outlook" hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi həm 2025, həm də 2026-cı illərdə 5,3% təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm BVF-nin hesablamalarına görə 5,4% təşkil edib.
Qeyd edək ki, BVF həmçinin növbəti iki il ərzində Azərbaycanın iqtisadi artım tempinin tədricən azalacağını göstərir.
Beləliklə, 2025-ci ildə ÜDM-in real artımı 3,5%, 2026-cı ildə isə 2,5%-ə qədər azalacağı gözlənilir. Eyni zamanda, ilkin hesablamalara görə, 2024-cü ildə artım 4,1% təşkil edib.