Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana məhsul idxalının həcmi 5,7 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, özəl sektorun idxalda payı 3 milyard ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 129 milyon ABŞ dolları, yaxud da 4,6% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-mart ayında Azərbaycana 3,7 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bunun da özəl sektora düşən payı 2,8 milyard ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.