...

Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatları 202 dəfədən çox artıb

İqtisadiyyat Materials 23 Aprel 2025 15:07 (UTC +04:00)
Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatları 202 dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 291,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 289,7 milyon ABŞ dolları və ya 202,5 dəfə çoxdur.

Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,42%-i həcmində olub. Bununla da Avstraliya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında səkkizinci pillədə qərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Avstraliyaya 54 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 min ABŞ dolları və ya 17,4% çoxdur.

Eyni zamanda, hesabat dövründə Avstraliyadan Azərbaycana 291,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 289,7 milyon ABŞ dolları və ya 209,1 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Avstraliya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti