...

Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə konfransı keçiriləcək

İqtisadiyyat Materials 24 Aprel 2025 13:26 (UTC +04:00)
Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə konfransı keçiriləcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də işgüzar səfərdədir.

Trend-ə bu barədə AMB-dən məlumat verilib.

Məlumata görə, səfər zamanı nümayəndə heyəti Vaşinqton şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantıları çərçivəsində müxtəlif tədbirlərdə və Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya institutlarının rəhbərliyi ilə ikitərəfli görüşlərdə iştirak edəcək.

Həmçinin səfər çərçivəsində nümayəndə heyətinin ABŞ - Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında iştirakı da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti