...

İqtisadi potensialın artırılması üçün ambisiyalı struktur islahatlarına ehtiyac var - İtaliyanın iqtisadiyyat naziri

İqtisadiyyat Materials 5 May 2025 16:07 (UTC +04:00)
İqtisadi potensialın artırılması üçün ambisiyalı struktur islahatlarına ehtiyac var - İtaliyanın iqtisadiyyat naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

İqtisadi artım potensialının qaldırılması üçün ambisiyalı struktur islahatlarına ehtiyac var.

Trend xüsusi müxbiri xəbər verir ki, bu haqda İtaliyanın iqtisadiyyat və maliyyə naziri Cankarlo Corcetti bu gün Asiya İnkişaf Bankının İdarə heyəti şurasının Milanda keçirilən iclasının açılış mərasimində çıxışı zamanı danışıb.

“Biz son onilliklər ərzində qlobal iqtisadi landşaftda çox böyük dəyişikliklərin şahidi olmaqdayıq və onlar artıq maliyyə bazarlarına, ticarətə, bərabərsizlik səviyyəsinə və bütün dünya üzrə artım modelinə ciddi təsir göstərir. Miqyaslı transformasiyalar baş verməkdədir. Risklərlə əlaqəli münaqişələr və geosiyasi gərginlik kəskinləşir. Razılaşdırılmamış siyasətlərin tətbiqi artıq geniş vüsət alıb və onların nəticələrini öncədən görmək çox çətinləşib”.

Corcettinin sözlərinə görə, iqtisadi siyasət sahəsində qeyri-müəyyənliyin kəskin artımı işgüzar aktivliyi, investisiyaları və ev təsərrüfatlarında istehlakı zəiflədir.

“Maliyyə institutları borcalanların iştirak etdiyi layihələrin icrasına yenidən baxırlar. Bu şəraitdə bizə qətiyyətli və əlaqələndirilmiş tədbirlər, o cümlədən, daha şəffaf, sabit və proqnozlaşdırıla bilən ticarət mühitinin formalaşdırılmasına yönəlmiş addımlar lazımdır. Əməkdaşlığın dərinləşdirilməsi dayanıqlı uzunmüddətli inkişafa töhfə verəcək və riskləri, onların mümkün nəticələrini azaldacaq.

Lakin biz, həmçinin, öz ev işlərimizi də yerinə yetirməliyik – tarazlaşdırılmış mikroiqtisadi siyasət həyata keçirməli və uzunmüddətli çağırışları iqtisadi artım potensialını gücləndirəcək iddialı struktur islahatları vasitəsilə həll etməliyik”, – deyə nazir bəyan edib.

O, həmçinin, bildirib ki, qloballaşmanı mövcud formasında yenidən nəzərdən keçirməyin vaxtı çatıb.

“Qlobal iqtisadiyyat ticarətin liberallaşdırılmasından bəhrələnsə də, bu fayda ölkələr arasında və ölkələrin daxilində müxtəlif istehsal amilləri arasında bərabər bölüşdürülməyib. Biz bu faktı qəbul etməliyik, çünki bu, iqtisadi təhlükəsizlik üçün obyektiv risklər yaradır.

Məqsədimiz sadəcə azad və açıq deyil, ədalətli və qaydalara əsaslanan ticarət-iqtisadi sistem qurmaqdır. Ümumi prinsiplər və qaydalar əsasında fəaliyyət göstərən çoxtərəfli mexanizmlər çərçivəsində birbaşa, konstruktiv və şəffaf əməkdaşlıq ortaq problemlərin həlli və qeyri-müəyyənliyin azaldılması üçün əsasdır”, - deyə Corcetti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti