Bakı. Trend:
Yaxın gələcəkdə Tehran və Təbrizdən Bakı və əks istiqamətdə birbaşa hava reyslərinin təşkil olunması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri və Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Mərkəzinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qərara alınıb ki, Tehran-Bakı hava reysləri həftədə 4 gün, Təbriz-Bakı reysləri həftədə iki gün təşkil olunacaq.
Nazir müşaviri deyib ki, hal-hazırda İranın Mülki Aviasiya Təşkilatı Azərbaycanın əlaqədar qurumları ilə müzakirə aparır və bu reyslərin tezliklə açılması üzrə ekspertlər tərəfindən işlər görülür.
Qeyd edək ki, İranda 54 mülki aktiv aeroport fəaliyyət göstərir. Onun 14-ü beynəlxalq aeroportdur. İran aeroportları ilə ildə orta hesabla 30 milyon sərnişin daşınır.