...

Türkiyə 2025-ci ilin aprelində Azərbaycana elektrik avadanlığı ixracını artırıb

İqtisadiyyat Materials 6 May 2025 11:28 (UTC +04:00)
Türkiyə 2025-ci ilin aprelində Azərbaycana elektrik avadanlığı ixracını artırıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 15 milyon 237 min 10 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 61 milyon 593 min 30 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 5 milyon 380 min 310 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyon 382 min 382 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 15,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyon 900 min 317 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti