...

Azərbaycan və AYİB yaşıl enerji və infrastruktur layihələri ilə bağlı müzakirələr aparıb (FOTO)

İqtisadiyyat Materials 14 May 2025 12:23 (UTC +04:00)
Azərbaycan və AYİB yaşıl enerji və infrastruktur layihələri ilə bağlı müzakirələr aparıb (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında yaşıl enerji və infrastruktur layihələri ilə bağlı müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Odil Reno-Basso ilə görüşməkdən məmnun olduq.

Ölkəmizin Bankla əməkdaşlığının prioritet istiqamətləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası barədə müzakirələr apardıq.

Dayanıqlı iqtisadiyyata keçid üçün birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti