...

Azərbaycanda qızıl istehsalı 70%-dən çox artıb

İqtisadiyyat Materials 15 May 2025 17:57 (UTC +04:00)
Azərbaycanda qızıl istehsalı 70%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1 026,3 kiloqram qızıl istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 426,8 kiloqram və ya 71,2% artıb.

Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 599,5 kiloqram qızıl istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin may ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 64,5 kiloqram olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti