Əlcəzair. Trend:
Türkmənistanda İslam maliyyə xidmətlərinə tələbin yüksək olması müşahidə olunur.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında qeyd olunur.
"Türkmənistanda islam maliyyə sənayesi öz inkişafının ilkin mərhələsindədir və hazırda ölkədə bir islam maliyyə qurumu belə fəaliyyət göstərmir. Buna baxmayaraq, əhalinin əksəriyyətini müsəlmanların təşkil etməsi islam maliyyə xidmətlərinə əhəmiyyətli tələbin olduğunu göstərir. Bu sahədə məlumatlılığın artırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir; misal üçün, 2022-ci ildə İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyələşdirmə üzrə Beynəlxalq Korporasiya (ITFC) tərəfindən islam ticarət maliyyələşdirilməsinə dair seminar təşkil olunub.İslam bankçılığının əməliyyat aspektlərinə həsr olunmuş bu seminar yerli maliyyə institutları tərəfindən böyük maraqla qarşılanmış və bu sahənin inkişafına ciddi marağın olduğunu göstərmişdir", – hesabatda vurğulanıb.
Müəlliflər bildirirlər ki, ölkədə dövlət, səhmdar və xarici bankların mövcudluğunu nəzərə alaraq, islam pəncərələrinin tətbiqi Türkmənistanın maliyyə sektoru üçün müsbət təsir göstərə bilər.