...

Özbəkistanda islam maliyyə aktivlərinin yaxın 8 ili əhatə edən artım proqnozları elan olunub

İqtisadiyyat Materials 20 May 2025 14:08 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Proqnozlara əsasən, Özbəkistanın İslam maliyyə aktivləri 2028-ci ilə qədər 1,1 milyard ABŞ dollarına, 2033-cü ilə qədər 2,4 milyard ABŞ dollarına çatacaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu haqda Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında bildirilir.

“Sukuk bazarının yüksək templi inkişafı gözlənilir: buraxılmış sukukların həcmi 2028-ci ilə qədər 601 milyon ABŞ dollarına və 2033-cü ilə qədər 1,9 milyard ABŞ dollarına çata bilər”,- hesabatda qeyd olunur.

Hesabatın müəllifləri qeyd edirlər ki, Özbəkistanda İslam maliyyəsi üzrə ictimaiyyətə açıq statistika olmasa da, ölkə çoxsaylı müsəlman əhəlisinə xidmət göstərmək üçün əhəmiyyətli potensiala malikdir.

“Hökumət Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasını planlaşdırır – bu xüsusi azad iqtisadi zona ölkədə İslam maliyyə sektorunun inkişafına təkan verəcək. Bundan əlavə, 2030-cu ilədək olan strategiya çərçivəsində bank sistemində nəzərdə tutulan islahatlar arasında Özbəkistan ən azı üç kommersiya bankında İslam maliyyələşməsi meyarları və prosedurlarını tətbiq etməyi planlaşdırır. Həmçinin, 2025-ci ilə qədər özəl bankların payını 60 faizədək artırmaq məqsədilə Xarici İnvestorlar Şurası nəzdindəki Maliyyə və Bank işi üzrə İşçi Qrupu İslam bankçılığı ilə bağlı yol xəritəsinin hazırlanması üçün köməkçi qrupun yaradılmasını və İslam bankçılığı haqqında qanunun qəbulunu təklif edir”, – sənəddə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti