...

Milli Depozit Mərkəzi və Qazaxıstan Fond Birjası arasında əməkdaşlıq imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 21 May 2025 16:52 (UTC +04:00)
Milli Depozit Mərkəzi və Qazaxıstan Fond Birjası arasında əməkdaşlıq imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstan Fond Birjası (Kazakhstan Stock Exchange – KASE) arasında əməkdaşlıq imkanları dəyərləndirilib.

Bu barədə Trend-ə MDM-dən məlumat verilib.

Belə ki, Azərbaycanda səfərdə olan Qazaxıstan Fond Birjasının (Kazakhstan Stock Exchange – KASE) və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) rəsmiləri arasında görüş keçirilib.

Tərəflər arasında keçirilən görüş çərçivəsində Milli Depozit Mərkəzinin fəaliyyəti, kapital bazarlarının inkişafı və müvafiq infrastrukturun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat təqdim olunub.

Görüş zamanı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti