Laçın.Trend:
"Laçın" İstirahət Mərkəzi regionda turizmin inkişafı üçün ən mühüm layihələrdən biridir.
Trend-in yerli müxbiri xəbər veriri ki, bunu Laçında jurnalistlərə açıqlamasında "Laçın" İstirahət Mərkəzinin icraçı direktoru Moris Kərimov deyib.
O, bildirib ki, mərkəzdə çalışacaq 174 nəfərdən 122-sinin Laçın və Kəlbəcər rayonlarının, həmçinin azad edilmiş digər ərazilərin sakinləri olduğunu vurğulayıb
"Mərkəzdə müxtəlif kateqoriyalı 120 otaqlı hotel binası və 8 kottec inşa edilib:
Otel və kotteclər ümumilikdə 324 nəfərin istirahəti üçün nəzərdə tutulub. Qonaqların normal istirahətinin təmin olunması üçün hər iki məkan müasir tələblər səviyyəsində inşa edilib", - deyə o qeyd edib.