...

Azərbaycan BVF ilə qarşılıqlı fəaliyyətin prioritetlərini dəyərləndirib

İqtisadiyyat Materials 24 İyul 2025 16:16 (UTC +04:00)
Azərbaycan BVF ilə qarşılıqlı fəaliyyətin prioritetlərini dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi göstəricilər, proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə bağlı müzakirələr aparıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşümüzdə Fondla əməkdaşlığın inkişafını məmnunluqla vurğuladıq.

Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası və vergi islahatları ilə bağlı müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti