...

2050-ci ilədək Avrasiya üzrə quru yükdaşımalarının həcmi iki dəfədən çox artacaq - IRU baş katibi

İqtisadiyyat Materials 1 Noyabr 2025 10:45 (UTC +04:00)
2050-ci ilədək Avrasiya üzrə quru yükdaşımalarının həcmi iki dəfədən çox artacaq - IRU baş katibi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobil nəqliyyatı daşımaların həcminin artmasına hazır olmalıdır. Proqnozlara görə, 2050-ci ilədək Avrasiya üzrə quru yükdaşımalarının həcmi iki dəfədən çox artacaq.

Trend Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki, bunu IRU baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərində keçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” forumunda deyib.

“Bir çox sahələrdə texnoloji tərəqqi sürətlə irəliləsə də, rəqəmsallaşmanın əsas elementləri – gömrük prosedurları, sərhəd nəzarəti, icazələr, vizalar və digər proseslər hələ də geri qalır. Bəzi regionlarda diqqətəlayiq uğurlar müşahidə olunsa da, digərlərində dəyişikliklər son dərəcə yavaş baş verir.

TIR sistemi kimi "yumşaq tədbirlərin" tətbiqi və dövlət-özəl tərəfdaşlığının inkişafı sayəsində biz ticarətdəki maneələri aradan qaldıra və səmərəliliyin artırılması üçün yeni imkanlar aça bilərik”, – deyə Umberto de Pretto qeyd edib.

Onun sözlərinə görə, dünyada bu sahə müxtəlif siyasətlər, məqsədlər və enerji reallıqları ilə üzləşir. Eyni zamanda, avtomobil nəqliyyatı artan daşımalar həcminə hazır olmalıdır: proqnozlara əsasən, 2050-ci ilə qədər Avrasiya üzrə quru yükdaşımalarının həcmi iki dəfədən çox artacaq. Bu isə logistika və nəqliyyat şəbəkələrinin dayanıqlı, funksional və iqtisadi baxımdan səmərəli qalmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti