...

Çaykənd Qızılbalıqartırma Zavodu təşkilati-hüquqi formasını dəyişir

İqtisadiyyat Materials 12 Noyabr 2025 10:11 (UTC +04:00)
Çaykənd Qızılbalıqartırma Zavodu təşkilati-hüquqi formasını dəyişir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Çaykənd Qızılbalıqartırma Zavodu təşkilati-hüquqi formasını dəyişir.

Trend xəbər verir ki, bu barədə müəssisə özü elan edib.

Bildirilib ki, zavod təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilir.

Qeyd edək ki, Çaykənd Qızılbalıqartırma Zavodu 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Zavodun qanuni təmsilçisi Allahverdiyev Anar Cəlil oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti