...

Kəlbəcərin İstisu qəsəbəsi layihələndiriləcək

İqtisadiyyat Materials 12 Noyabr 2025 18:12 (UTC +04:00)
Kəlbəcərin İstisu qəsəbəsi layihələndiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını "Kooplayihə-AHB" firmasına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib.

İstisu qəsəbəsini layihələndirəcək şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 min manat olan şirkətin qanuni təmsilçisi Xəlilov Hüseyn Artıx oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti