Bakı. Trend:
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşdük. Görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verdik. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Həmçinin ictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
