...

Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

İqtisadiyyat Materials 13 Noyabr 2025 15:34 (UTC +04:00)
Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) arasında tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Mərkəzi Bank və BMK arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti