...

"Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi İtaliyanın da faydalanmasına imkan yaradacaq - Nazir

İqtisadiyyat Materials 13 Yanvar 2026 11:45 (UTC +04:00)
"Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi İtaliyanın da faydalanmasına imkan yaradacaq - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaqdır.

Trend xəbər verir ki, bunu bu gün energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.

"İtaliyanın “CESI SpA” şirkəti “Xəzər-Qara Dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır", - nazir vurğulayıb.

Bundan başqa, nazir Pərviz Şahbazov əlavə edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 25 faizi, ixracının isə 46,7 faizi İtaliyanın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti