Bakı. Trend:
2025-ci ildə Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 99,4 milyard manatı, say baxımından isə 304,3 min ədədi ötüb.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatlara görə, 2024-cü ilin eyni ayı ilə müqayisədə bu sistemdə həyata keçirilən əməliyyatların həcmi 20 milyard manat və ya 25,2%, sayı isə 48,7 min ədəd və ya 19,1% artıb.
2024-cü ildə AZİPS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 79,4 milyard manat, sayı isə 255,6 min ədəd olmuşdu.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.
