Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov / Gəncədə şadlıq evlərində yoxlamalar aparılır. Bu barədə Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri Kamil Hüseynov məlumat verib.
Onun sözlərinə görə, reydlərin keçirilməsində əsas məqsəd qidanın keyfiyyətini və sanitar-gigiyenik normalara riayət olunmasını yoxlamadan keçirməkdir. Hüseynovun sözlərinə görə, yoxlamalar Gəncənin 28 iri şadlıq evində aparılacaq.
Sentyabrda Azərbaycanın bir sıra yaşayış məntəqələrində kütləvi zəhərlənmə halları baş verib.