...

Nəqliyyət nazirinin müavini: " Bakıda sentyabr ayında yeni körpü istifadəyə veriləcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Sentyabrın sonunda Bakıda Ziya Bünyadov küçəsində tikilməkdə olan yeni körpü istismara veriləcək. Bu barədə çərşənbə günü Bakıda nəqliyyət nazirinin müavini Musa Pənahov məlumat verib.

"Artıq körpünün tikintisi və son yoxlamalar tam olaraq başa çatdırılıb və onun açılışına hazırlıq görülür" - deyə nazirin müavini bildirib.

Musa Pənahovun sözlərinə görə, Bakının 3-cü mikrorayon ərazisinə düşən dairəvi körpü bu ilin sonuna gədər istifadəyə veriləcək.

Ümumilikdə, Bakıda 9 körpü və 13 keçid tikiləcək. Hazırda paytaxtda körpü və keçidlərin sayının artırılması ilə bağlı proqram nəzərdən keçirilir. Bakıda daha 18 körpünün tikilməsinin mümkünlüyü güman edilir.

Xəbər lenti

Xəbər lenti