Azərbaycan, Bakı / Trend / Azərbaycan Vergilər Nazirliyi ilə Çexiya Maliyyə Nazirliyinin Mərkəzi maliyyə və vergilər direktoratı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
Saziş Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Çexiya Maliyyə Nazirliyi direktoratının rəhbəri Yan Knizek arasında imzalanıb.
Görüş zamanı tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri və onun genişləndirilməsi perspektivlərini, vergi sistemi sahəsində əlaqələrin möhkəmləndirilməsi və digər məsələləri müzakirə ediblər.