...

Gəncə avtomobil zavodu servis mərkəzləri və fermerlər üçün pulsuz kurslar açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2007 15:03 (UTC +04:00)
Gəncə avtomobil zavodu servis mərkəzləri və fermerlər üçün pulsuz kurslar açır

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ "Gəncə avtomobil zavodu on gün müddətinə Neftçalada müəssisədə yığılan texnikaya texniki zəmanət xidməti üçün birinci servis mərkəzini açmaq niyyətindədir" - deyə çərşənbə günü zavod rəhbəri Xanlar Fətiyev bildirib. Onun sözlərinə görə, müəssisədə Məzahir Yusifovun rəhbərlik etdiyi zəmanət və servis xidməti idarəsi yaradılıb.

"Yaxın vaxtlarda analoji mərkəzlər Şamaxı, Şəki və Ucar rayonlarında da açılacaq.

Ümumilikdə 14 texniki zəmanət xidməti mərkəzi yaradılacaq" - deyə Fətiyev vurğulayıb.

Hazırda müəssisədə "Belarus" traktorları yığılır. Traktorların dəyəri 13-35 manat tşkil edir.

Fətiyev zavodun həmçinin "MAZ" avtomobillərinin yığılması üçün tam hazır olduğunu əlavə edib.

Azərbaycanda Minsk avtomobil və Minsk traktor zavodlarının istehsalı olan yük avtomobilləri və traktorlarının bütün növlərinin yığılması və satışı ilə bağlı müqavilə 2006-cı ilin sonlarında Minskdə imzalanıb. Gəncə zavodu Azərbaycanda il ərzidə 1000 yük maşını və 2000 traktor yığmaq iqtidarındadır.

"Zavod "Agrolizing" dövlət ASC-si ilə 382 traktorun tədarükü üzrə müqaviləyə malikdir. Artıq 297 ədəd texnika tədarük olunub. Zavod bu qurumla əməkdaşlığı yüksək qiymətləndirir" - deyə Fətiyev bildirib.

"Agrolizing" ASC 2004-cü il oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılması və yerli fermerlərə müxtəlif kənd təsərrüfatı texnikalarının lizinq vasitəsilə verilməsi və alınması yolu ilə ölkədə sahibkarlığa yardıma istiqamətlənib.

Gəncə zavod rəhbərinin bildirdiyinə görə, oktyabrın sonunda Gəncədə müəssisənin təşəbbüsü ilə zavodun reallaşdırdığı texnikadan istifadə edən torpaq sahibləri və fermerlərlə böyük görüş təşkil olunacaq.

Noyabrın sonunda fermerlər üçün iki sinif yaradılacaq. Burada gəncə avtomobil zavodunun istehsalı olan texnikadan effektiv istifadə qaydaları tədris ediləcək. Fermerlər üçün nəzərdə tutulmuş 7-12 günlük kurslar pulsuz olacaq.

Xəbər lenti

Xəbər lenti